2022-ci ildə qlobal iqtisadiyyat üçün əsas risklər müəyyənləşib

2022-ci ildə qlobal iqtisadiyyat üçün əsas risklər müəyyənləşib
Dünyanın tanınmış marketin şirkəti olan "Markets Live Global” bazar iştirakçıları (investorlar, istehsalçı şirkətlər, banklar və s.) arasında "2022-ci ildə qlobal iqtisadiyyat üçün gözlənilən təhlükələr”lə bağlı sorğu keçirib. Sorğuda 700-ə yaxın respondent iştirak edib.

Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, sorğuda iştirak edənlərin böyük hissəsi qlobal iqtisadiyyat üçün ən böyük risklərin inflyasiya, koronavirus və geosiyasi gərginlik olduğunu bildirib.

Respondentlərin 30 faizindən çoxu "2022-ci ildə onları ən çox narahat edən nədir” sualına "inflyasiya” cavabını verib. Respondentlər bildiriblər ki, yüksək inflyasiya səbəbindən mərkəzi bankların pul-kredit siyasətində sərtləşmə olacaq.
 
Respondentlərin 25 faizindən çoxu koronavirusdan narahat olduqlarını, təxminən yarısı isə yeni variantdan narahat olduqlarını deyiblər.
 
Respondentlər hökumətlərin yeni məhdudiyyətləri və ya mərkəzi bankların siyasətə düzəlişləri ilə bağlı narahatdırlar.

Sorğu iştirakçılarının təxminən 23 faizi geosiyasi gərginliyi, 16 faizi isə müharibə və ya münaqişə riskini qeyd edib. Bu mənada ən böyük narahatlıq mənbəyinin Çin-Tayvan, Rusiya-Ukrayna arasındakı gərginliyin olduğu qeyd edilib.

Dördüncü ən böyük risk kimi ABŞ mərkəzi bankını  (FED) davranışları görülür. Bazar iştirakçıları FED-in faizləri sürətli artırmasından narahatdır. Əgər FED faizləri sürətlə artırarsa bu, dolları bahalaşdıracaq, iqtisadi aktivlik zəifləyəcək, səhmlər, mənzillər və digər daşınmaz əmlaklar ucuzlaşacaq.
 
Vasif
 

OXŞAR XƏBƏRLƏR