Bankların dekabrda dollar alışı 1 milyarda çatacaq

İqtisadiyyat
14:11 / 23.12.2021
426
Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun
iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 130,9 milyon
dolları təşkil edib və tələb tam ödənilib.
Sfera.az bildirir ki, keçirilən hərrac
dekabrda təşkil edilən sayca 7-ci hərracdır.
İlin sonuncu ayında keçirilən hərraclarda
dollara tələbin yüksək olduğu görünür. Belə ki, baş tutan 7 hərracda banklar
728 milyon dollar dəyərində xarici valyuta alıb.
2021-ci ildə aylıq hərraclarda ən yüksək tələb
noyabrda qeydə alınıb. Ötən ay banklar 853,6 milyon dollar almışdı. Bu məbləğ
oktyabrda qeydə alınan 540 milyon dollardan 313,6 milyon dollar çox olub.
Vasif