Yüksək inflyasiya əhalinin gəlirlərini azaldıb

13:37 / 23.12.2021
650
2021-ci ildə pandemiyanın təsirlərinin aradan
qalxmasından sonra əhalinin həm nominal (bazar qiyməti ilə olan – red.), həm də
real gəlirlərində artım olacağı gözlənilirdi. Lakin gözlənti özünü doğrultmadı,
bu il nominal gəlirlər artsa da real gəlirlər artmadı, əksinə bir qədər də
azaldı.
Sfera.az bildirir ki, 2020-ci ildən fərqli
olaraq 2021-ci ildə əhalinin real gəlirlərinin azalması yüksək inflyasiya ilə
bağlıdır. Bu il əhalinin nominal gəlirləri artsa da yüksək inflyasiya həmin gəlirlərin
real gəyərini kiçildib.
Xatırladaq ki, ötən il pandemiya səbəbindən
iqtisadiyyatın nominal dəyəri kiçilmişdi. Bununla əlaqədar əhalinin nominal gəlirləri
və real gəlirləri də azaldı. Nominal gəlirlərdə azalma 1,8 faiz, real gəlirlərdə
azalma isə 4,6 faiz oldu.
2021-ci ilin yanvar-noyabr aylarına aid olan məlumat
göstərir ki, əhalinin nominal gəlirləri 2,5 faiz artıb. Amma inflyasiyanın 6,2
faizə yüksəlməsi real gəlirlərin 3,7 faiz azalması ilə nəticələnib. Qiymətləndirməyə
görə ilin yekununda əhalinin real gəlirlərində azalma 3,5-4 faiz səviyyəsində
olacaq.
Nəticələrdən belə aydın olur ki, Azərbaycan əhalisinin
2021-ci ilin sonundakı real gəliri 2019-cu illə müqayisədə 8,2 faizdən çox
azalacaq. Başqa formada desək, əhali 2019-cu ildə 100 manat gəlir əldə etdiyi
halda, bu ilin sonunda 91,8 manat gəlirə sahib olacaq.
Vasif