Uşaqlar arasında yayılan virusla bağlı - RƏSMİ AÇIQLAMA

Uşaqlar arasında yayılan virusla bağlı - RƏSMİ AÇIQLAMA
Kliniki Tibbi Mərkəzin tabeliyində olan 2 saylı Klinik Uşaq Xəstəxanasına bu il virus xəstəlikləri ilə bağlı müraciət edənlərin sayı artıb.

Sfera.azxəbər verir ki, xəstəxananın pediatr-infeksionisti Rəna Hüseynova bildirib ki, uşaqlar arasında mövsümi xəstəliklər hər il görülsə də, pandemiya başlayandan müraciətlərin sayı daha da artıb:

"Bunun əsas səbəblərindən biri isə uşaqların bağçalara, məktəblərə getməsidir. İndi sağlam uşaq da, xəstə uşaq da məktəbə, bağçaya gedir. Ona görə də xəstəlik çoxalır. Valideynlər xəstə uşaqları bağçaya, məktəbə göndərməməlidirlər”.

R.Hüseynova qeyd edib ki, hazırda xəstəxanalara ən çox uşaqlar inaq (yuxarı tənəffüs yollarının, xüsusilə qırtlaq (səs tellərinin) və nəfəs borusunun iltihabı) səbəbindən müraciət edir:

"Uşaqlarda əsasən yüksək hərarət, öskürək, bəzən isə qusma, ishal müşahidə edilir. Çoxu bunu soyuqla əlaqələndirsə də, bu virusdur. Sadəcə bədəndə virus olduğu üçün soyuqdəymə ilə əlaqəli xəstəlik daha da ağırlaşır. Valideynlərin çoxu bu kimi hallarda uşaqları həkimə gətirmədən, evdə müalicə etməyə çalışırlar. Bununla isə uşağın vəziyyəti daha da ağırlaşa bilər. Xəstə uşağa mütləq həkim baxmalıdır. Həkim təyin etmədən uşaqlara antibiotik verilməsi yolverilməzdir”.

Pediatr-infeksionist xəstələnən uşaqlara qulluq üçün tövsiyələrini də verib:
"Uşaqların qızdırması olarsa, ilk olaraq onlara "paracetamol” dərmanı vermək və çoxlu maye içirtmək lazımdır. Ən əsası isə valideynlər vaxt itirmədən yaşadıqları ərazi üzrə poliklinikalara müraciət edib, həkimlərdən məsləhət almalıdırlar.
Xəstə uşaqları daha çox geyindirmək də düzgün deyil. Bu tərləməyə və daha çox vəziyyətin ağırlaşmasına gətirib çıxara bilər.
Valideynlərə məsləhətim odur ki, uşaqların əllərini tez-tez yumasına, sıxlıq olan ərazilərdə olmamalarına diqqət etsinlər. Gigiyenik qaydalara və sosial məsafəyə əməl etməklə, uşaqların sağlamlığının qayğısına qalmaq mümkündür".
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1

Mikayıl Cabbarov Davos İqtisadi Forumuna qatıldı

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrədə keçirilən Davos Dünya İqtisadi Forumunda iştirak edir.   Sfera.az xəbər verir ki, bu barədə nazir...

Türkiyə NATO üzvlüyündən çıxarılır?: “Bu məsələ gündəmə gələ bilər”

Finlandiya və İsveçin  NATO-ya üzvlük məsələsi xeyli vaxtdır gündəmdədir. Alyansın baş katibi buna müsbət münasibətini ifadə edib və bildirib ki, bu, Avrop...

Səhiyyə Nazirliyi meymun çiçəyi ilə bağlı təcili məlumat yaydı: Şübhəli hallar...

Azərbaycan ərazisində bugünkü tarixədək meymun çiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb.   Bu barədə Sfera.az-a Səhiyyə Nazirliyindən xəbər ...

26-29 may tarixlərində Bakı nələrə şahid olacaq? - FOTOLAR

26-29 may tarixlərində Bakıda baş tutacaq "Texnofest 2022" ilə bağlı bu gün mediaur təşkil edilib.   Sfera.az xəbər verir ki, mediatur çərç...

Bu kampaniyada kredit faizini özünüz seçirsiniz!

Planları reallaşdırmaq üçün fürsətləri əlçatan edən “Rabitəbank” ASC, 30 000 AZN-dək “Nağd Pul Krediti” kampaniyası ilə müştərilərini fü...

Rüstəm Muradov bacısı oğlunun həlak olmasını TƏSDİQLƏDİ

Rusiya Cənub Hərbi Dairəsi komandanının müavini, Qarabağdakı rus sülhməramlıların keçmiş komandiri general-leytenant Rüstəm Muradovun bacısı oğlu Ukraynada həla...