Avropada qaz böhranı dərinləşir – qiymətlər 2100 dolları ötüb

Avropada qaz böhranı dərinləşir – qiymətlər 2100 dolları ötüb
Avropanın likvidli qaz satış qovşaqlarından hesab edilən Niderlandın TTF platformasında spot qaz qiymətləri min kubmetr üçün 2100 dollara çatıb.

Dünən gün ərzində isə Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq 2 190 dollara yüksəlmişdi.
 
Sfera.az bildirir ki, Avropada qazın qiymətinin yenidən sürətlə artmasını şərh edən neft-qaz sahəsi üzrə ekspert Zəfər Vəliyev bahalaşmanı Avropa İttifaqında tələbatın artması, qaz idxalı ilə bağlı problemlərin yaranması və gərgin beynəlxalq mühitlə əlaqələndirdi. Ekspertin fikrincə, Avropada qaz qiymətlərinin yuxarı həddini "Qazprom"un hərəkətləri müəyyən edəcək.

Qeyd edək ki, Yunanıstanın energetika naziri Kostas Skrekas enerji böhranının Avropaya 350 milyard avroya başa gələcəyini bildirib. "Bazar mütəxəssislərinin proqnozları təsdiqlənərsə, 2022-ci ildə elektrik enerjisi və qazın bahalaşması səbəbindən Avropa İttifaqı vətəndaşları 350 milyard avrodan çox pul ödəməli olacaqlar”, - deyən yunan nazir Avropa İttifaqı ölkələrindəki hazırkı vəziyyəti "ağır günlər” adlandırıb.

Bu vəziyyətdə ABŞ Asiya bazarları üçün nəzərdə tutduğu LNG (sıxılmış qaz) qazının bir hissəsi Avropaya istiqamətləndirilib.
 
Vasif
 

OXŞAR XƏBƏRLƏR