Türkiyənin manatla bağlı qərarı Azərbaycana necə təsir edəcək?

Türkiyənin manatla bağlı qərarı Azərbaycana necə təsir edəcək?
"Azərbaycan manatının Türkiyədə "Ticarətə aid xarici valyutalar” siyahısına daxil edilməsi qərarının bir neçə mənası var. Bu o deməkdir ki, iki ölkə arasında ticarət dövriyyəsi artıb. Manatın ehtiyat pul kimi qəbul edilməsi kommersiya fəaliyyətinin daha da asanlaşması ilə nəticələnəcək. Bu qədər əməliyyatları indi manatla rəsmiləşdirmək olar”. 
 
Bu sözləri Sfera.az-a Azərbaycan Dövlət İqtisad Universitetin Türk Dünyası İqtisad fakültəsinin dekanı, professor Mehmet Yücen Azərbaycan manatının Türkiyədə "Ticarətə aid xarici valyutalar” siyahısına daxil edilməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu vəziyyət gələcəkdə iki ölkə arasında ticarət əməliyyatlarının milli valyutalar əsasında aparılması ilə nəticələnə bilər:
"Sözügedən qərarla Azərbaycan manatı Türkiyə Mərkəzi Bankı tərəfindən ehtiyat valyuta kimi qəbul olunacaq. Yəni hər hansı bir firma beynəlxalq ticarət əməliyyatlarını manatla edə biləcək.

Hesab edirəm bu tədricən xarici ticarətdə ödəniş vasitəsi kimi görülən dollar və avrodan asılılığı azalda bilər.  Yaxın gələcəkdə isə bir çox ölkənin bu sistemə qoşulması ilə yeni ödəniş sistemi yaradacaq.

Digər tərəfdən, əmanətçilərin əmanətlərini dollardan başqa ehtiyat valyutada yatırma və istifadə etmə şansı olacaq. Bu, Türkiyədə və Azərbaycanda dollara tələbin azalmasına səbəb olacaq”.

Turan Rzayev
Sfera.az


OXŞAR XƏBƏRLƏR