Səbuhi Xanlarov keçmiş polisdir? - DİN-dən REAKSİYA

16:19 / 21.12.2021
1731
Sosial şəbəkələrdə Səbuhi Xanlarovun Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı olması barədə xəbərlər yayılıb.
Sfera.az xəbər verir ki, S. Xanlarovun canlı yayımda bildirib ki, əvvəllər daxili işlər orqanlarının əməkdaşı olub və hazırda DİN-dən təqaüd alır.
Onun açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, Səbuhi Xanlarov ad-soyadlı biri daxili işlər orqanlarında xidmət keçməyib: "Həmin ad-soyadda biri Daxili İşlər Nazirliyinin təqaüdçüsü də deyil".