Əhalinin banklardakı pulunun məbləği MƏLUM OLDU

Əhalinin banklardakı pulunun məbləği MƏLUM OLDU
Əhalinin (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) banklarda olan əmanətləri noyabr ayında 1.9% (167.1 mln. manat) artaraq 8,880.9 mln. manat təşkil edib (tarixi maksimum səviyyə).

Bu barədə Sfera.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Əmanət portfelinin 59.3%-i (5,267.7 mln. manat) fiziki şəxslərin müddətli əmanətlərindən ibarətdir.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlinə nəzərən 8.9 faiz bəndi azalaraq 41.9% təşkil edib.

2021-ci ilin yanvar-noyabr aylarında banklar 614.1 mln. manat xalis mənfəət, 883.9 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

İlin əvvəlinə nəzərən cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı noyabr ayında 1.4 faiz bəndi azalaraq 4.7% təşkil edib. Qeyd olunan göstərici ötən ilin müvafiq dövrünə nisbətən 1.6 faiz bəndi, 2020-ci ilin orta illik göstəricisinə nisbətən 2.7 faiz bəndi azalıb.

OXŞAR XƏBƏRLƏR