Əhalinin Azərbaycan banklarında nə qədər pulu var? – Mərkəzi Bank açıqladı

14:28 / 21.12.2021
496
Yerli və xarici vətəndaşların Azərbaycan
banklarında 9,052 milyard manat dəyərində əmanəti var.
Sfera.az Mərkəzi Banka istinadən bildirir ki,
noyabr ayı ərzində əmanətlərin dəyəri 164,3 milyon manat, son bir ildə isə
1,182 milyard manat artıb.
Bundan öncə əmanətlərin həcmində ən yüksək
göstərici 2015-ci ilin dekabrında qeydə alınıb. Həmin tarixdə əhalinin banklarda
9,47 milyard manat əmanəti olub.
Vasif