Ata Abdullayevin 9 il həbsi tələb olundu

Ata Abdullayevin 9 il həbsi tələb olundu
Ata Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

Sfera.az  xəbər verir ki, dekabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda məlum olub ki, Ata Abdullayev 2004-cü ildə Nəsimi rayon Məhkəməsi tərəfindən hərbi xidmətdən yayındığına görə məhkum edilib. 2014-cü ildə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə oğurluq və kompüter sisteminə qanunsuz daxil olmada təqsirli bilinib. Bank kartlarından onlayn qaydada pul çəkdiyinə görə MTN əməkdaşları tərəfindən həbs edilib və məhkəmədə 7 il şərti cəza alıb.

Ata Abdullayev çıxışında deyib ki, onun zərərçəkmiş kimi tanınan adamlardan pul tələb etməyinə dair fakt yoxdur: "Mən heç kimi hədələməmişəm. Tapançanı televizorda görmüşəm. Fakt ortaya qoyulsa ki, mən deyildiyi kimi Elmar Əliyevdən hədə-qorxu ilə telefon almışam, evimi satıb 100 min ödəməyə hazıram. Dostlarım var ki, mənə görə ölümə hazırdılar. Ortaya sübut qoyulsun, bir telefon əvəzinə dördünü qaytarım.

2009-cu ildə Neft Akademiyasındakı terror zamanı binaya birinci daxil olan mən olmuşam. Yaralıların, meyitlərin daşınmasına kömək eləmişəm. Hüquq-mühafizə orqanlarına da birinci mən məlumat vermişəm. Əgər mən olmasaydım, orada ölənlərin sayı xeyli çox olardı”.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Dövlət ittihamçısı Ata Abdullayevin Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4 maddələri ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilməsini təklif edib.

Proses dekabrın 28-də davam etdiriləcək.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs olunan Ata Abdullayevin cinayət işi üzrə 4 zərərçəkmiş var. Bloqer onlardan hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilir.

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...