Təhsil Nazirliyi yeni vakansiyalar elan edəcək?

Təhsil
11:42 / 21.12.2021
567
"Təhsil regional idarələrinə əlavə işçilər cəlb edilməyəcək, nazirlik tərəfindən bu istiqamətdə vakansiya elan olunmayacaq".
Bunu Sfera.az-ın sorğusuna cavab olaraq təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir regional təhsil şöbələri və məktəbəqədər təhsil idarəsi işçilərinin regional idarələrə cəlb ediləcəyi üçün regional təhsil idarəsi işçilərinin say tərkibinin genişləndirilməyəcəyini qeyd edib.
Əzizə Zeynal
Sfera.az