Nazir: Bu layihə nazirlik tərəfindən yeni addımdır

Təhsil
23:29 / 20.12.2021
2371
Bu gün "EdTech Startap” müsabiqəsinin qalibləri və qalib komandaların mentorları ilə görüşdük. Bu layihə tələbələr arasında innovativ təşəbbüskarlığın təşviqi və ideyaların dəstəklənməsi istiqamətində Təhsil Nazirliyi tərəfindən atılan yeni addımdır.
Sfera.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Tvitter hesabında qeyd edib.
"Görüş zamanı tələbələrin diqqətçəkən yanaşmaları, rəqəmsal təhsil alətləri və innovativ həll yollarının müzakirəsi maraqlı fikir mübadiləsinin yaranmasına səbəb oldu”, - E.Əmrullayev vurğulayıb.