“Polis evimdən götürdüyü 50 mini qaytarmır” - DİN araşdırma başlatdı

“Polis evimdən götürdüyü 50 mini qaytarmır” - DİN araşdırma başlatdı
Bakı sakini polisin evində keçirdiyi əməliyyat zamanı götürülən 100 min dolların yarısının qaytarılmadığını iddia edir.

Sfera.az xəbər verir ki, vətəndaş Zeynal Aslanov "Qafqazinfo”ya müraciət edərək bildirib ki, noyabrın 22-də Bakının Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən onların yaşadığı evdə əməliyyat-axtarış tədbirləri keçirilib. Bu zaman oradan 100 min dollar məbləğində nağd pul, ona aid sənədli ov silahı və digər əşyalar götürülüb:

"Həmin vaxt mənzildə olan oğlum Zaur polisə təslim oldu. O, istintaqdan gizləndiyinə görə axtarışda idi. Pulun götürülmə anını həyat yoldaşım telefonla videoya çəkirdi, bu zaman polis əməkdaşı onun əlindən telefonu aldı. Mən götürülən pulun sayılması və protokollaşdırılmasını tələb etsəm də, buna riayət olunmadı. Mənzildən çıxanda bütün polislər liftə minsə də, pulu götürən əməkdaş pilləkənlə düşdü və Polis İdarəsinə 1 saat gec gəldi. Orada isə pulun 50 min manatını bizə qaytardılar, qalan pulun verilməyəcəyini dedilər. Mənim oğlum davaya görə saxlanılıb, burada maliyyə cinayəti yoxdur, polis nəyə görə dava üstündə saxladığı adamın evindən pulu götürür?

Bu barədə DİN-in 102 xidmətinə də məlumat verdik və cavab olaraq mənə bildirildi ki, "pulu kimin götürdüyünü bilirik, gözləyin, həll edəcəyik, pul sizə qaytarılacaq”. Əməliyyata rəhbərlik edən şəxs də qalan 50 min dolların qaytarılacağını vəd etdi, lakin pul bizə qaytarılmadı.

Sonradan binamızın təhlükəsizlik kameralarına baxış keçirəndə gördük ki, pulu götürən polis əməkdaşı həmin gün axşam saatlarında təkrarən bizim binaya gəlib və bir müddət orada qaldıqdan sonra çıxıb gedib. İstintaq zamanı məlum oldu ki, pulu götürən əməkdaş faktiki olaraq əməliyyatda iştirak etsə də, baxış protokolunda adı yoxdur və bu əməliyyata qatılmaq üçün onların barəsində əmr verilməyib”.

DİN Mətbuat xidmətindən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır: "Qeyd olunan məsələlərin araşdırılmasının təfərrüatı haqda vətəndaş məlumatlandırılıb. Hazırda Daxili İşlər Nazirliyinin müvafiq Baş İdarəsində araşdırmalar davam etdirilir”.

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...