Nazirlik rəsmisindən bu şəxslərin maaşlarına artımla bağlı - AÇIQLAMA

Nazirlik rəsmisindən bu şəxslərin maaşlarına artımla bağlı - AÇIQLAMA
Prezident İlham Əliyevin təhsil işçilərinin əməkhaqlarının artırılması ilə bağlı sərəncamı metodkabinetlərdə çalışan 800 nəfərə də şamil olunacaq.

Sfera.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun paylaşımında deyilir.

O bildirib ki, eyni zamanda, təsərrüfat qruplarında çalışan 325 nəfərin də maaşı 20 faiz artacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 17-də "Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında” və "Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamlar imzalayıb.
 

OXŞAR XƏBƏRLƏR