Azərbaycan nefti bahalaşdı

İqtisadiyyat
16:04 / 17.12.2021
1664
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 16-da 77,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,05 dollar/barel çoxdur.
Bu barədə Sfera.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,04 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,06 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 74,76 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,93 dollar/barel çoxdur.