“Türkiyə lirəsinin ucuzlaşması Azərbaycanda istehsalı tam bitirəcək” – Natiq Cəfərli

“Türkiyə lirəsinin ucuzlaşması Azərbaycanda istehsalı tam bitirəcək” – Natiq Cəfərli
İqtisadçı Natiq Cəfərli Türkiyədə baş verənlərin Azərbaycana təsirindən söz açıb.
 
Sfera.az bildirir ki, iqtisadçının sözlərinə görə,  lirənin ucuzlaşması Azərbaycanda qeyri-neft sektorunu, istehsalı tam bitirəcək:

"Onsuz da çox zəif idi, indi isə mənasız olacaq. Məsələn, belə məzənnə ilə Azərbaycanda tekstil sahəsini yaratmaq mümkün deyil – bizdə istehsal Türkiyədən idxaldan 2-3 dəfə baha başa gələcək. Azərbaycanın ikinci prioritet sahəsi olan turizm də inkişaf etməyəcək. Bizim bölgədə əsas turizm rəqibimiz Türkiyədir, çünki bazar hədəflərimiz eynidir. Pandemiya bitəndən sonra sərhədlər açılanda Türkiyənin gözəl turizm infrastrukturuna, tarixinə və ən əsası, qiymətlərinə görə çox cəlbedici olacaq. İndinin özündə belə yeni ili 1 günlük Şahdağda keçirmək istəyən starandart, 4 nəfərlik azərbaycanlı ailəsi o pula Türkiyədə 7 gün keflə dincələ bilər”.

N.Cəfərli deyib ki, Türkiyədə lirənin ucuzlaşması bizə ciddi təsir edir və edəcək:

"Bizdə manatın alıcılıq qabiliyyəti ölür, hökumət buna göz yumur. Amma məzənnə indiki kimi qalsa, ölkədə nəsə istehsal etmək, turizmə bel bağlamaq mənasız işə çevriləcək”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR