Azərbaycanın meyvə ixracında rekord yenilənəcək

Azərbaycanın meyvə ixracında rekord yenilənəcək
Bu il Azərbaycan meyvə ixracında rekordunu yeniləyə bilər. İlin 11 ayının ixrac nəticəsi göstərir ki, meyvə satışında müstəqillik dövrünün ən yüksək göstəricisi əldə ediləcək.  

İndiyə qədər meyvə ixracında ən yüksək göstəriciyə 2019-cu ildə nail olmuşduq. 2021-ci ilin yekununda rekordun təzələnməsi ehtimalı böyükdür. 

Sfera.az xatırladır ki, iki il əvvəl Azərbaycan 336,3 min ton meyvə satıb. Ötən il meyvə ixracı 302 min tona düşsə də bu il yenidən artır. 

2021-ci ilin 11 ayının məlumatına əsasən, meyvə ixracı 317 min tona çatıb və böyük ehtimalla ilin sonunda ixrac miqdarı 2019-cu ildəki nəticədən yaxşı olacaq. Müqayisə göstərir ki, bu ilin 11 ayında 2019-cu ilin eyni dövrü ilə müqayisədə 20 min ton çox meyvə ixrac edilib. Dekabrda fərqin bir qədər də böyüyəcəyi və 2021-ci ilin sonunda ixrac miqdarının 340 min tonu ötəcəyi yəqindir. 

Qeyd edək ki, gözlənilən nəticə beş il əvvəlki ixracdan 80 min ton, on il əvvəlkindən 164 min ton çoxdur. 

İxrac miqdarı ilə bərabər ixrac dəyərində də artım müşahidə edilir. 2021-ci ilin sonunda meyvə ixracından 380 milyon dollardan çox gəlir gözlənilir ki, bu da yeni bir rekorddur. 

Azərbaycan bu il meyvələrdən ən çox fındıq, xurma, gilas və albalı, şaftalı və nar ixrac edib. 

Vasif
Sfera.az
 



OXŞAR XƏBƏRLƏR