\"Ərdoğan ən güclü liderə çevrilir\"

\
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tezliklə Türkiyənin banisi Mustafa Kamal Atatürk dövründən, ola bilsin, Osmanlı imperiyasının dağılmasından bəri ən güclü liderə çevrilə bilər.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu Vaşinqton Yaxın Şərq siyasəti institutunun proqram rəhbəri, analitik Soner Kaqaptay deyib.
Baş tutmamış çevrilişdən sonra Türkiyə prezidenti iki ssenari üzrə hərəkət edə bilər. Bunlardan birincisi radikal ssenaridir. Konservativ və islam yönlü Ərdoğan artıq dinin dövlətdən ayrılması prinsipinə riayət etmir, xüsusilə də təhsil sahəsində. İndi isə o, çevrilişin törətdiyi dini əhval-ruhiyyəni Konstitusiyanı nəzərə almadan islam inqilabının başlanğıcı üçün istifadə edə bilər. "The Atlantic" jurnalı Kaqaptayın fikirlərini yazır.
Türkiyədə indiki ab-hava 1979-cu ilin İranını xatırladır. Analitik yazır ki, islam inqilabı zamanı orada da küçələrdə həyəcan artmış, məscidlər siyasi aksiyalara çağırır və siyasətlə dinin bir-birinə qarışması nəzərə çarpırdı. Fəqət, Ərdoğanın belə addım atacağı az inandırıcıdır. Kaqaptay bildirir ki, buna baxmayaraq, 1979-cu ilin İran ssenarisi hələ heç vaxt reallığa indi olduğu qədər yaxın olmayıb.
Ən inandırıcı görünən ikinci ssenaridir. Buna görə, Ərdoğan çevrilişdən sonrakı dəstəyi özünə sərfəli şəkildə istifadə edir və parlament vasitəsilə Konstitusiyaya dəyişiklikləri irəli sürür. Bu dəyişikliklərin mahiyyəti isə, təbii ki, Ərdoğanın başçılığı ilə parlament üsul-idarəsini prezident üsul-idarəsinə dəyişməkdir.

OXŞAR XƏBƏRLƏR

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...