Magistrlara hərbi xidmətdən möhlət hüququ verildi

Magistrlara hərbi xidmətdən möhlət hüququ verildi

 

Bu il Azərbaycanda ilk dəfə olaraq magistraturaya qəbul olaraq hərbi xidmətdən möhlət hüququ veriləcək gənclərin ilkin sayı məlum olub. 

Sfera.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-nın sorğusuna verilən cavabda bildirilib ki, bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 4640 nəfər qəbul olub. Bildirilib  ki, onlardan 1622-si oğlan, 3018-i qız abituriyentlərdir.

Qeyd edək ki, prezident İlham Əliyev "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun qüvvəyə minməsi barədə sərəncam imzalayıb. 

Qüvvəyə minən yeni qanuna əsasən, bundan sonra Azərbaycanda əyani təhsil alma formasında magistraturada, doktoranturada, xarici ölkələrin təhsil müəssisələrində əyani təhsilalma formasında ali təhsil pilləsinin magistratura və doktorantura səviyyələrində də təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət veriləcək. 

Xatırladaq ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə  qəbul olunan bakalavrların qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatları 28 iyun – 11 iyul tarixlərində aparılıb. 

Magistraturaya qəbul olunan 5359 bakalavrdan (o cümlədən "ADA” Universitetinə və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunan) 4640 nəfəri ali təhsil müəssisələrində qeydiyyatdan keçib. Boş qalan plan yerlərinə ixtisaslaşma seçimi isə 8-14 avqust tarixlərində aparılacaq.


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...