Azərbaycanda üç il əvvəl törədilən dəhşətli qətlin üstü açıldı: Həbs olunan var

Azərbaycanda üç il əvvəl törədilən dəhşətli qətlin üstü açıldı: Həbs olunan var
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Məlumatda deyilir:

"Prokurorluq və polis orqanlarının fəaliyyətinin prioritet istiqamətlərdən biri - gizli və qeyri-aşkar şəraitdə törədilmiş və bağlı qalmış cinayətlərin açılmasını təmin etməklə təqsirkar şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmasıdır.

Həmin tədbirlər çərçivəsində 1997-ci il təvəllüdlü Əlyarov Tərxan Rüstəm oğlunun 22 sentyabr 2018-ci ildə qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işinin prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə açılması təmin edilib.

Belə ki, istintaqla müəyyən edilib ki, Rafael Cəfərov 22 sentyabr 2018-ci il tarixdə Kürdəmir rayonu, Atakişili kəndində yaşayan qonşusu Tərxan Əlyarov ilə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı əli ilə qəfildən onun alın-qaş nahiyəsinə yumruqla güclü zərbə vurub, daha sonra özü ilə gətirdiyi deşici-kəsici xüsusiyyətə malik bıçağa bənzər alətlə Tərxan Əlyarovu qəsdən öldürmək məqsədilə onun sol yuxarı sinə nahiyəsi istiqamətində ardıcıl zərbələr endirib, yetirdiyi xəsarətlərdən Tərxan Əliyarovun öldüyünə əmin olduqdan sonra törətdiyi cinayəti gizlətmək məqsədilə sonuncunun meyitini təxminən 10-15 metr çiynində daşıyaraq həmin vaxt dərinliyi 4 metr olan içərisi su ilə dolu kollektora atıb, əlindəki bıçağı və Tərxan Əlyarova məxsus iki ədəd mobil telefonu məhv etmək məqsədilə kanala atıb.

Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə həmin kollektora baxış keçirilərkən üzərində xətti sınıq olan bir ədəd kəllə və 7 ədəd qabırğa skelet sümükləri aşkar olunaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb, eyniləşdirilmə aparılması üçün müvafiq ekspertiza təyin edilib və aşkar edilən sümüklərin Tərxan Əlyarova məxsus olması müəyyən edilib.

Eyni zamanda, su kanalından aşkar edilərək götürülən bıçaq müvafiq ekspertizaya təqdim olunub və tədqiqatın nəticəsinə görə cinayətin məhz həmin alətlə törədilməsi müəyyən edilib.
Toplanan kifayət qədər sübutlar əsasında Rafael Cəfərova Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 120.2.10 (təkrarən qəsdən adam öldürmə) və 177.2.5-ci (zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla oğurluq) maddələri ilə yenidən ittiham elan edilib.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən bağlı qalmış cinayətlərin açılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

OXŞAR XƏBƏRLƏR

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...