ANS ÇM-in bağlanma səbəbi açıqlandı

ANS ÇM-in bağlanma səbəbi açıqlandı

"ANS ÇM radiosunun lisenziyasına xitam verilməsi yayımçının davamlı olaraq reklam qanunvericiliyinin tələblərini pozması ilə bağlıdır. Bu pozuntular lisenziyanın ləğv olunmasına hüquqi əsas yaradıb”.

Sfera.az-ın xəbərinə görə, bunu "Report”a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) nümayəndəsi Toğrul Mirzəzadə bildirib. 

Onun sözlərinə görə, radionun reklam qanunvericiliyinin tələblərini pozması halları hələ ötən ilin sonlarından başlayıb.

T.Mirzəzadə qeyd edib ki, qanunvericiliyin tələblərinin pozulmasına görə, MTRŞ ötən ilin dekabrın 23-də "ANS Müstəqil Yayım və Media Şirkəti”ni 161 min manat məbləğində cərimə edib. 

"Bundan sonra qərardan şikayət edən şirkətlə MTRŞ arasında məhkəmə çəkişməsi başladı. Bu ilin aprel ayında isə məhkəmə mübahisəyə son qoydu və proses MTRŞ-nın xeyrinə həll olundu. 

Şirkət isə hələ də 161 min manatı dövlət büdcəsinə geri qaytarmayıb. Məhkəmə bitsə də məhkəmə qərarları, hələ ki, şuraya daxil olmayıb. Qərarların hər biri daxil olduqdan sonra MTRŞ məhkəmə qərarlarının icrası ilə məşğul olan quruma müraciət edəcək”, - deyə T.Mirzəzadə bildirib.

 


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...