Bakıda oğlan şagirdi “qız” kimi təqdim edən müəllim CƏZALANDIRILDI

Bakıda oğlan şagirdi “qız” kimi təqdim edən müəllim CƏZALANDIRILDI
Paytaxtdakı 116 nömrəli tam orta məktəbdə şagirdin saçının uzun olduğuna görə müəllimin ona irad bildirməsi səbəbindən yaranmış anlaşılmazlıqla bağlı məktəbdən valideynlə əlaqə saxlanılıb və yaranmış anlaşılmazlığa aydınlıq gətirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sfera.az-a verilən məlumata görə, daha sonra məktəb rəhbərliyi tərəfindən qeyd olunan müəllimə töhmət verilib.

Həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsindən valideyn ilə əlaqə saxlanılıb. 

Valideyn vaxt məhdudiyyəti olduğuna görə ona uyğun vaxtda BŞTİ-nin nümayəndələri ilə birgə məktəbdə olacağını bildirib. Bu görüşdə anlaşılmazlığa səbəb olan məsələnin bir daha müzakirə olunacağı valideynin nəzərinə çatdırılıb.
Xatırladaq ki, bu barədə jurnalist Röya Rəfili məlumat yaymışdı. Qeyd etmişdi ki, sinif rəhbəri oğlunu sinifdə qız kimi təqdim edib: "Müəllim sinifdə deyib ki, tanış olun, uşaqlar, sinfimizə yeni qız gəlib...” Oğlum deyib ki, "Mən qız deyiləm, oğlanam”. Bundan sonra sinifdəki reaksiyanı təsəvvür edirsiz? Müəllimə də gülüb”.

Sinif rəhbəri Yeganə Qasımova uşağı sinifdə təqdim etdikdən on beş dəqiqə sonra isə ona yaxınlaşaraq deyib ki, saçını kəsdirməlidir: "Tez kəs, qurtul ondan. O nə saçdır, saxlayırsan?!”


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...