Laçın sakinindən odlu silah aşkarlandı

Kriminal
14:53 / 16.12.2021
597
Laçın rayon sakinindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakini Turab Nuriyevdən müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.
Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.