Narkotikin təsiri altında avtomobil idarə edən şəxslər HƏBS EDİLDİ

Narkotikin təsiri altında avtomobil idarə edən şəxslər HƏBS EDİLDİ
Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının Bakı-Quba, Bakı-Qazax, Bakı-Şamaxı-Yevlax və Hacıqabul-Horadiz yollarındakı postlarda keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək saxlanılıblar.

Belə ki, Bakı-Quba yolunun Abşeron rayonu ərazisində Ağdam rayon sakini Sahil Şükürovun idarə etdiyi "VAZ-21043”, Bakı-Qazax yolunun Yevlax rayonunun Aşağı Qarxun kəndi ərazisindəki postda Gəncə şəhər sakini Samir Lələyevin idarə etdiyi "BMW”, Bakı-Şamaxı-Yevlax yolunun Yevlax rayonunun Xaldan kəndi ərazisində rayon sakini Siracəddin Əhmədovun idarə etdiyi "Mercedes” və Hacıqabul-Horadiz yolunun Sabirabad rayonunun Nizamikənd kəndi ərazisində Beyləqan rayon sakini Rahib Süleymanovun idarə etdiyi "VAZ-21725” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar.

Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.1, 333.2 və 334.1-ci maddələri ilə onların barəsində protokollar tərtib olunub.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə S.Şükürov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 4 gün, Yevlax Rayon Məhkəməsinin qərarları ilə S.Lələyev 15 gün, S.Əhmədov isə 5 gün müddətinə inzibati qaydada həbs ediliblər, Sabirabad Rayon Məhkəməsinin qərarı ilə R.Süleymanov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 400 manat məbləğində cərimələnib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...