Kabildə qadınlar yoxsulluğa qarşı aksiya keçirdilər

Təhsil
11:22 / 16.12.2021
560
Əfqanıstanın paytaxtı Kabildə qadınlar ölkədəki iqtisadi problemləri fonunda əhali arasında yoxsulluğun artmasına etiraz aksiyası keçirib.
Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, yayılan foto və videomateriallarda onlarla qadının iştirak etdiyi nümayişdə aksiyaçılar əllərində "Əfqanıstanı fəlakətdən xilas edin!”, "Çörək, iş, azadlıq, siyasətdə iştirak!” şüarları yazılan plakatlar tutublar.
Etirazçılara qarşı zorakılıq hallarının olması barədə məlumat verilməyib.