Avropa qazla bağlı yeni qadağa tətbiq etməyi planlayır - Bu tarixdən..

Avropa qazla bağlı yeni qadağa tətbiq etməyi planlayır - Bu tarixdən..
Avropa Komissiyası 2049-cu ildən uzunmüddətli qaz müqavilələrinin uzadılmasını qadağan etməyi təklif edib.

Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, təklif Rusiyanın "Qazprom” şirkətinin 10 il və ya daha uzun müddətə bağlanmasında israr etdiyi müqavilələrlə bağlıdır. 

Avropa Komissiyası qaz böhranının təkrarlanmaması məqsədilə bir variant kimi anbarlar üçün təbii qazın birgə və könüllü alınması mexanizmini tövsiyə edir. Hesab edilir ki, bu halda Avropa regionu özünün strateji ehtiyatlarını daha asanlıqla formalaşdıra bilər. 

Avropa Komissiyasının təklifi Avropa İttifaqı ölkələri tərəfindən təsdiqlənməlidir. Yaxın vaxtlarda bu barədə müzakirələr aparılacaq.

Qeyd edək ki, Rusiya Avropalı idxalçılardan uzunmüddətli müqavilələrin bağlanmasını istəyir. Payız dövründə Rusiya hakimiyyət orqanları yalnız bu cür razılaşmaların regiona gələcəkdə qaz qıtlığından qaçmağa imkan yaradacağını bildirdi.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR