Əhalinin 6 faizi işsizdir

İqtisadiyyat
16:08 / 15.12.2021
515
2021-ci ilin dekabrın 1-nə olan məlumata əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5,302 milyon nəfər olub, onun 4,986 milyon nəfərini məşğul əhali təşkil edib.
Sfera.az bu məlumatlara istinadən bildirir ki, dekabrın 1-də iqtisadi fəal əhalinin 316 min nəfəri və ya 6,9 faizi işsiz olub.
Xatırladaq ki, ilin əvvəlində işsizlik səviyyəsi 7,2 faiz, avqustun 1-də 6,6 faiz olmuşdu. İlin əvvəlindən işsizlik səviyyəsi azalsa da 2019-cu illə müqayisədə hələ də yüksəkdir. 2019-cu ildə işsizlik səviyyəsi 4,8 faiz olub.
Vasif
Sfera.az