Lerikdə həkim və onunla əlbir olan şəxs HƏBS EDİLDİ

Lerikdə həkim və onunla əlbir olan şəxs HƏBS EDİLDİ
Lerik Rayon Mərkəzi Xəstəxanasın həkimi həbs edilib.

Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, xəstəxanada psixiatr-həkim vəzifəsində işləyən Balaş Təhməzov və Şirvan şəhər sakini Adil Zərbiyevin qanunsuz hərəkətləri ilə əlaqədar həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 08 dekabr 2021-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaqı aparılır.

Keçirilən əməliyyat-istintaq tədbirləri ilə Şirvan şəhər sakini Adil Zərbiyevin bir qrup Sabirabad rayon və Şirvan şəhər sakinlərinə guya Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində işləyən tanışları vasitəsilə əlillik dərəcəsi təyin etdirəcəyini vəd edib aldadaraq 2019-cu ilin sonlarında onlara məxsus ümumilikdə 9 min 500 manat pul vəsaitini ələ keçirməsinə və sonuncuları vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb.

Həmçinin o, Lerik Rayon Mərkəzi Xəstəxanasında psixiatr-həkim vəzifəsində çalışan Balaş Təhməzov ilə cinayət əlaqəsinə girərək əlillik dərəcəsi təyin edilməsi ilə bağlı onlara müraciət edən şəxslərə guya yüksək vəzifədə olan tanışlarının köməkliyi ilə müxtəlif səhiyyə müəssisələrində stasionar müalicə almalarına dair saxta xəstəlik tarixçələri əldə edərək təqdim edəcəklərini və dayandırılmış əlillik dərəcələrini bərpa edilməsinə köməklik göstərəcəklərini vəd edərək ayrı-ayrı vətəndaşlardan ümumilikdə 6 min manat məbləğində pul vəsaitini alaraq dələduzluq yolu ilə ələ keçirməsinə və vətəndaşları rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan sübutlar əsasında Adil Zərbiyev və Balaş Təhməzova Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq), 178.2.2 (təkrar dələduzluq), 32.4,312.2 (rüşvət verməyə təhrik etmə) 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma və istifadə etmə) və digər maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilərək iş üzrə tam, hərtərəfli və obyektiv istintaqın aparılması təmin ediləcəkdir.

OXŞAR XƏBƏRLƏR

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...