Azərbaycanda saxta COVID-19 pasportu satan tibb bacısı saxlanıldı

Kriminal
12:41 / 15.12.2021
882
Tovuz Rayon Mərkəzi Xəstəxanasının tibb bacısı saxlanılıb.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 14-də Tovuz rayon Mərkəzi Xəstəxanasının tibb bacısı S.Ələkbərova gəlir əldə etmək məqsədi ilə vətəndaşlara saxta COVID-19 pasportu verdiyi üçün saxlanılıb.
Araşdırma aparılır.