Türkiyə lirəsi yenə ucuzlaşdı

İqtisadiyyat
11:55 / 15.12.2021
832
Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi bu gün daha 3,8% azalaraq 0,1181 manata (1 manat/8,4674 lirə) enib. Bu da yeni tarixi minimum sayılır. Hazırda 1 dollar -14,59, 1 avro -16,44, 1 pound -19,32 lirədir.
Sfera.az-ın məlumatına görə, bununla bağlı iqtisadçı Qubad İbadoğlu bildirib ki, lirənin yenidən dəyər itirməsi ən azı iki səbəbdən qaynaqlanır:
"Birinci səbəb ABŞ-ın FED və digər 27 ölkənin mərkəzi banklarının uçot dərəcəsini qaldırmağa və ya sabit saxlamağa hazırlaşdığı bir dövrdə Türkiyə Mərkəzi Bankının uçot dərəcəsinin yenə də aşağı salmaq niyyətindən irəli gəlir. İkincisi isə, ilin sonu olduğuna görə, xarici borc öhdəliklərinin artmasından. Hər iki faktor dollara tələbatı artırır. Türkiyədə vətəndaşlar hər gün və sürətlə kasıblaşırlar”.
İqtisadçı qeyd edib ki, Türkiyənin iqtisadi cəhətdən qüdrətli olması ən çox Azərbaycana lazımdır:
"Hazırda qardaş ölkədə baş verənlər Azərbaycanın Qarabağ məsələsində mövqeyini zəiflədir”.
Günay Rəsulqızı
Sfera.az