Bakıda daha bir məktəb distant tədrisə keçdi

Bakıda daha bir məktəb distant tədrisə keçdi
Bakıda 36 nömrəli tam orta məktəb distant tədrisə keçib.

Sfera.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, məktəbdə COVİD-19 infeksiyasına yoluxma sayının artması ilə əlaqədar təhsil müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 36 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.


OXŞAR XƏBƏRLƏR