Kəlbəcərə icazəsiz keçmək istəyən koronavirus xəstəsi saxlanıldı

Kəlbəcərə icazəsiz keçmək istəyən koronavirus xəstəsi saxlanıldı
Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən koronavirus xəstəsi saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Gəncə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları komendant postunda xidmət aparan zamanı, müvafiq icazəsi olmadan Kəlbəcər rayonuna getmək istəyən şəxsi saxlayıb. Araşdırmalar zamanı Qazax rayon sakini Yaşar Allaxquliyevin eyni zamanda COVİD-19 infeksiyasına yoluxduğu üçün ev şəraitində müalicə olunmalı olduğu halda yaşayış yerini tərk etmsi də müəyyən edilib. RPŞ əməkdaşları müəyyən edilmiş tibbi prosedurlar gözləməklə onu yaşadığı ünvana geri qaytarıb, faktla bağlı RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində də koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Şəfəq kənd sakini Fərid Sərdarlının ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib. Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib. Faktla bağlı araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...