Mahir Şükürovun qardaşı HƏBS EDİLDİ

Mahir Şükürovun qardaşı HƏBS EDİLDİ
Məşhur futbolçu Mahir Şükürovun ögey qardaşı Ümüd Şükürovun dələduzluq etdiyi iddia olunur.

Sfera.az xəbər verir ki, bu barədə zərərçəkmiş özü Lent.az-a məlumat verib.

O bildirib ki, Şükürov Ümüd Malik oğlu bir neçə ay əvvəl Gürcüstandan avtomobil ehtiyat hissəsi gətirmək adı ilə ondan 150 manat beh alıb. Dəfələrlə onunla əlaqə saxlayan zaman məsələni həll edəcəyini bildirsə də, sonradan yoxa çıxıb.

Zərərçəkmiş həmçinin Ü. Şükürovun özünü polis zabiti kimi təqdim etdiyini də dilə gətirib.

Lent.az daxil olan şikayət əsasında araşdırma aparıb. Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, Ümüd Şükürov Sumqayıtda dələduzluq etdiyinə görə axtarışda olub. O, bir neçə ay əvvəl həmin cinayətlərinə görə həbs olunub.

Onun hazırda həbsxanalardan birində cəza çəkdiyi bildirilir.

OXŞAR XƏBƏRLƏR

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...