Cinsi istismara məruz qalan 330 qadına 380 milyon dollar təzminat ödəniləcək – Tarixi qərar

Kriminal
12:28 / 14.12.2021
970
Bütün dünyanın diqqətini çəkən təcavüz skandalının hüquqi nəticəsi açıqlanıb.
Sfera.az-ın məlumatına görə, 5 illik mübarizədən sonra ABŞ Milli Gimnastika Komandasının keçmiş həkimi Larri Nassar tərəfindən cinsi zorakılığa məruz qalan 330-dan çox qadın 380 milyon dollar təzminat alacaq. Belə ki, sözügedən şəxslər bu istiqamətdə ABŞ-ın gimnastika federasiyası (USA Gymnastics) ilə razılığa gəliblər. Məlumata görə, bu müqavilə cinsi zorakılıq halında razılaşdırılmış ən yüksək təzminat məbləğini ehtiva edir. "USA Gymnastics” isə razılaşmadan sonra ilin sonuna qədər iflasdan çıxa biləcəyini açıqlayıb.
Razılaşmanı "tarixi qələbə" kimi qiymətləndirən zərərçəkmişlərin vəkillərindən Con Manli istintaq prosesində səhlənkarlığa yol verən idarəçilərlə bağlı məhkəmə prosesinin davam etdiriləcəyini bildirib və cinsi təcavüzə məruz qalanların cəsarətini alqışlayıb.
Qeyd edək ki, Lari Nassar 2018-ci ildə cinsi istismara görə 300 ildən çox müddətə məhkum edilmişdi.
Günay Rəsulqızı
Sfera.az