Dəniz Səkiyə hökm oxuyan hakim də FETÖ-çü çıxdı
Maqazin
20:18 / 20.07.2016
1251
Məşhur türkiyəli müğənni Dəniz Səkini həbs etdirən hakim və vəkillər polis tərəfindən saxlanılıb.
Sfera.az bildirir ki, Türkiyədə hərbi çevrilişə cəhd əməliyyatlarında saxlanılanlar arasında müğənni Deniz Sekiyə hökm oxuyan hakim də tutulub.
Müğənninin həbsinə qərar verən hakim və vəkillərin Fətullah Gülənə bağlı olduğu bildirilir.
Müğənninin qardaşları Sərdar və Sərkan Səki bu barədə sosial şəbəkələrdə məlumatlar paylaşırlar. Qeyd olunub ki, cinayət işi ilə bağlı istintaqı həyata keçirən Bilal Bayraktar, hökm çıxaran Osman Kaya və Əşrəf Aksu, vəkillər Sədrəddin Sarıkaya polis tərəfindən saxlanılıb.
"Bunlar bizim ömrümüzdən səkkiz il oğurladılar. İlahi ədalət, nəhayət, öz yerini tapdı",- deyə müğənninin qardaşları vurğulayıblar.
Xatırladaq ki, D.Səki Narkotik maddələrin istifadəsi və yayılmasına görə həbs edilib.