Futbolda tarixi YENİLİK: Ot qoxulu formalar çıxdı - FOTO/VİDEO

Futbolda tarixi YENİLİK: Ot qoxulu formalar çıxdı - FOTO/VİDEO

Tarixində ilk dəfə İspaniya La Liqasında oynamaq hüququ qazanan "Leqanes” klubu yeni mövsümdə hər kəsi təəccübləndirəcək.

 

Sfera.az xəbər verir ki, "Leqanes” klubu yeni mövsüm üçün sifariş verdiyi ot qoxulu formayla dünya mətbuatının diqqətini çəkib. Madridin Cənub zonasını təmsil edən komandanın azarkeşləri hazırda La Liqa həyəcanını yaşayır. Klub rəhbərliyi də diqqət çəkmək üçün maraqlı ideya fikirləşib.

 

"Leqanes”in yeni mövsümdə geyinəcəyi formalar futbol tarixinə düşəcək. Belə ki, formanın üzərindəki klub embleminə toxunanda ot qoxusu verəcək. Klubun maliyyə səlahiyyətlisi Daniel Abandanın sözlərinə görə, azarkeşlər yeni formaya böyük maraq göstərir. Rəhbərlik isə "Leqanes”in La Liqada sadəcə formayla yox, meydanda sərgiləyəcəkləri futbolla da gündəmə gələcəyini düşünür.

 



OXŞAR XƏBƏRLƏR