Bakıda qadının avtobusda 15 minlik qızılını belə oğurladılar - ANBAAN VİDEO

Bakıda qadının avtobusda 15 minlik qızılını belə oğurladılar - ANBAAN VİDEO
Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtobuslarda cibgirlik və oğurluqlarla məşğul olan şəxslərə qarşı növbəti əməliyyatlar həyata keçirilib.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Nəticədə qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən daha 3 nəfər - Xalidə Hüseynova, əvvəllər məhkum olunmuş Fərid Səfərov və Elçin Hacıyev saxlanılaraq məsuliyyətə cəlb edilib.

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Xalidə Hüseynova paytaxtın Nizami rayonunda 113 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusda bir nəfər qadının çantasını oğurlayıb. Həmin vaxt zərərçəkənin çantasında 3 min manata yaxın pul, 15 min manat dəyərində qızıl-zinət və digər şəxsi əşyaları olub.

Xalidə Hüseynova ifadəsində oğurladığı qızılları yaşadığı Ağdaş rayonunda satdığını bildirib.

Baş İdarə əməkdaşları tərəfindən saxlanılan Fərid Səfərovla Elçin Hacıyevin isə Nərimanov və Nəsimi rayonlarında avtobuslarda cibgirliklə məşğul olduqları müəyyən edilib. Onların insanların sıx olduğu vaxtlarda sərnişinlərin cibindən mobil telefonlar, pul və digər qiymətli əşyalar oğurladıqları müəyyən edilib.

Qeyd edək ki, saxlanılan hər 3 şəxsin avtobuslarda törətdikləri hadisələrin bir neçəsi, həmçinin cibgirlik və oğurluq edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə lentə alınıb.

"Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər", - mətbuat xidmətindən bildirilib.
 


OXŞAR XƏBƏRLƏR

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...