Türkiyədə dollar 14,4 lirəyə yüksəlib

12:47 / 13.12.2021
659
Bu gün
dollar/lirə kursunda növbəti kəskin yüksəlmə qeydə alınıb.
Sfera.az
Türkiyə mediasına istinadən xəbər verir ki, səhər saatlarında dollar türk lirəsi
(TL) qarşısında 5 faizə yaxın yüksələrək 13,85 səviyyəsindən 14,5 səviyyəsinə
çatıb. Hazırda məzənnə bu səviyyəyə yaxındır.
TL-nin
ucuzlaşması Türkiyə Mərkəzi Bankının gözlənilən faiz qərarı ilə bağlıdır. Bazar
gözləntilərinə görə Mərkəzi Bank çərşənbə günü keçiriləcək toplantısında faiz dərəcəsini
daha 100 bənd endirəcək. Hazırda 15 olan faiz dərəcəsi endirimdən sonra 14-ə
düşəcək.
Bu gözlənti
səbəbindən TL ilə vəsaiti olan şəxslər dollar alışını artırıb.
Vasif