Azərbaycanda oğul atasını öldürüb, evin həyətində basdırdı

Azərbaycanda oğul atasını öldürüb, evin həyətində basdırdı
Gəncə şəhərində oğul atasını qətlə yetirərək yaşadığı evin həyətində basdırıb.

Sfera.az-ın verdiyi məlumata görə, dekabr ayının 10-u Gəncə şəhər sakini Məhəmməd Məmmədov, Nizami rayon Polis İdarəsinə müraciət edərək ruhi əsəb xəstəsi olan atası, 1963-cü il təvəllüdlü Azad Məmmədovun itkin düşməsi barədə məlumat verib.

Gəncə şəhər Baş Polis İdarəsi və Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan axtarış tədbirləri zamanı A.Məmmədovun basdırılmış cəsədi yaşadığı evin həyətində tapılıb. Keçirilən istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, hadisəni elə Azad Məmmədovun oğlu - 1996-cı il təvəllüdlü Məhəmməd Məmmədov qətlə yetirib. Əməliyyat tədbirləri ilə atasını qətlə yetirməkdə şübhəli bilinən M.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 
 

OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...