Parlamentin boş qalan yerlərinə seçkilər niyə bu qədər gecikdi? - SƏBƏBLƏR

Parlamentin boş qalan yerlərinə seçkilər niyə bu qədər gecikdi? - SƏBƏBLƏR
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov yaxın vaxtlarda Milli Məclisdə boş qalan dairələrə seçkilərin keçiriləcəyini açıqlayıb.

Qeyd edək ki, hazırda parlamentdə 5 deputat yeri boş olduğundan 125 seçki dairəsindən 120-si təmsil olunur.

Milli Məclisə təkrar seçkilərin prosedur qaydaları Seçki Məcəlləsinin 172-ci maddəsi ilə müəyyənləşdirilib.

Həmin maddəyə əsasən, Dairə seçki komissiyası və ya MSK birmandatlı seçki dairəsi üzrə seçkiləri etibarsız sayarsa və ya Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq etməzsə, MSK təkrar seçkilər keçirir.

Həmçinin, deputat qanunvericiliklə ondan tələb olunan sənədləri 60 gün ərzində MSK-ya təqdim etməzsə, MSK həmin seçki dairəsi üzrə seçkilərin yekunlarının ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət edir və təkrar seçkilər keçirir.


Bununla belə, qanunvericilikdə təkrar seçkilərin təyini üçün hər hansı müddət müəyyənləşdirilməyib. Prezident əlavə seçkiləri 1 ay müddətində təyin etməli olduğu halda, təkrar seçkilərin təyini ilə bağlı belə bir müddət nəzərdə tutulmayıb.

Prezident hətta Milli Məclisin hazırkı çağırış müddətinin bitməsinə qədər təkrar seçkiləri təyin etməyə bilər.  

Bu barədə Modern.az-a danışan Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev xatırladıb ki, Milli Məclisə növbədənkənar seçkilər zamanı bəzi dairələr üzrə seçkilər baş tutmamış və etibarsız hesab edilmişdi. Seçki Məcəlləsinin tələblərinə görə, həmin dairələr üzrə təkrar seçkilər həyata keçirilməli idi:

"Lakin COVID-19 pandemiyası zamanı bir sıra məhdudiyyətlər tətbiq olunduğundan və insanların sağlamlığı üçün ciddi təhlükə yarandığından belə bir halda seçki keçirilməsi və seçicilərin öz iradəsini nümayiş etdirməsi üçün şərait olmadı. 

Daha sonra Vətən müharibəsi zamanı qismən səfərbərlik elan edildi ki, Azərbaycan Respublikası Seçki Məcəlləsi və Konstitusiyaya görə, fövqəladə vəziyyət, yaxud müharibə vəziyyətində seçkilərin keçirilməsi mümkün deyildi. Çünki Seçki Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, yalnız ölkə ərazisinin 25 faizindən çoxunda hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, hərbi və ya fövqəladə vəziyyət zamanı, həmçinin hərbi və ya fövqəladə vəziyyətin ləğv edilməsindən sonra 3 ay müddətində seçkilər və ya referendum keçirilə bilməz. 

Məlumdur ki, 2020-ci il 28 sentyabr saat 00:00-dan 12 dekabr 2020-ci il saat 00:00-a qədər Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi. Milli Məclisin boş qalan deputat yerlərinə seçkilər yalnız hərbi vəziyyət ləğv ediləndən 3 ay sonra - yəni martın 12-dən sonra keçirilə bilərdi. Amma həmin dövrdəki pandemiya şəraiti də seçkilərin keçirilməsinə imkan vermədi.
Hazırda Azərbaycan Respublikasının parlamentinə 5 yer üçün seçkilər keçirilə bilər. Maraqlıdır ki, vəfat etmiş şəxslərə görə, əlavə seçkilərin təyin edilməsi, digər tərəfdə isə etibarsız sayılan dairələr üzrə seçkilərin keçirilməsi var. Bu baxımdan boş qalan yerlərə seçkilərin keçirilməsi üçün müvafiq aktın qəbul edilməsi vacibdir”.

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...