Hikmət Hacıyev: "Ermənistanın bütün təxribatlarının cavabı veriləcək" - VİDEO

Hikmət Hacıyev:
"Azərbaycan Ermənistan ilə sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlamağa hazırdır".

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya- "Stratcom 21" Sammitindən sonra "Haber Global”a müsahibəsində bildirib.

"Rusiya bu prosesdə məşvərətçi qismində çıxış etmək istəyini ifadə edib. Amma bu prosesin baş verməsi və uğurlu alınması üçün Ermənistanın ciddi şəkildə düşünməsi və pozitiv addımlar atmasına ehtiyac var", - Prezidentin köməkçisi qeyd edib.

H.Hacıyev vurğulayıb ki, insanların böyük sevinclə, güvənli bir şəkildə öz doğma torpaqlarına qayıtması və orada yaşaması Qarabağ savaş səhifəsinin qapanması üçün vacibdir:

"Təəssüf ki, bu gün də minalardan nə qədər insanlar ölür. Bu da Ermənistanın Azərbaycana qarşı vandalizminin, savaş siyasətinin davamı kimi qiymətləndirilə bilər. Bu minalar qəsdən basdırılıb və məqsəd günahsız insanların ölümünə səbəb olmaq, eləcə də öz evlərinə geri dönməsinə mane olmaqdır".

"Nə zaman ki pozitiv bir dinamika olduğu təqdirdə, onlar hərbi və ya siyasi təxribat törədərək bunun qarşısını almağa çalışırlar. Azərbaycan Ermənistanın bütün bu təxribatlarının qarşısını alacaq və cavabını verəcək", - H.Hacıyev deyib.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...