Ceyhun Bayramov Koreya səfiri ilə görüşdü - FOTO

Ceyhun Bayramov Koreya səfiri ilə görüşdü - FOTO
Xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kim Tong Opu ölkəmizdəki diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.

Sfera.ax xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycan və Koreya arasında münasibətlərin siyasi, iqtisadi, humanitar istiqamətlərdə inkişafından məmnunluqla bəhs edib və səfirin bu xüsusda səylərini yüksək qiymətləndirib. Pandemiyaya rəğmən son illərdə ikitərəfli münasibətlərin inkişafının davam etdiyini, səfərlərin həyata keçirildiyini, o cümlədən Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədrinin ölkəmizə səfərini vurğulayan nazir, əməkdaşlığın genişlənməsi üçün potensialın mövcud olduğunu qeyd edib.

Səfir Kim Tong Op Azərbaycanda diplomatik fəaliyyətdə olduğu 3 il ərzində ölkələrimiz arasındakı münasibətlərin məhsuldar şəkildə inkişaf etdiyini ifadə edib və bu müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. O, Azərbaycana və bütün bölgəyə sülh, əmin-amanlıq və tərəqqi arzulayıb.

Gələn il Azərbaycan və Koreya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd ediləcəyinə istinad edən tərəflər, bununla əlaqədar müxtəlif tədbirlərin təşkilinin əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyindən əminlik ifadə ediblər.

Görüşdə tərəflər, həmçinin çoxtərəfli platformalarda əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Nazir Ceyhun Bayramov səfir Kim Tong Opa gələcək fəaliyyətində uğurlar arzulayıb.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...