“Ermənistan saxta mina xəritələri verməyə davam edərsə…” – Deputatdan TƏKLİF

“Ermənistan saxta mina xəritələri verməyə davam edərsə…” – Deputatdan TƏKLİF
Ölkə başçısı İlham Əliyev bir neçə dəfə vurğulayıb ki, Ermənistanın Azərbaycana verdiyi mina xəritələri saxtadır.  Təəssüf ki, zaman-zaman vətəndaşlarımızın minaların partlaması nəticəsində həlak olduqları haqqında məlumatlar oxuyuruq.  
 
Bu baxımdan maraqlıdır, Azərbaycan erməni diversantların azad olunması əvəzinə mina xəritələrinin verilməsi prinsipindən imtina edə bilərmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov xatırladıb ki, bu günə qədər 200-ə qədər vətəndaşımız minaya düşərək ya həlak olub, ya da sağlamlığını itirib. 

Müsahibimiz qeyd edib ki, torpağın altındakı minalar gözəgörünməz düşməndir və hər zaman insan həyatı üçün təhlükədir:
"Azərbaycan dövləti öz humanistliyini nümayiş etdirərək saxlanılmış diversantları zaman-zaman Ermənistana qaytarır. Ermənistan da özünü dünyaya "sülhpərvər” kimi göstərmək məqsədilə, mina xəritələrini Azərbaycana təhvil verir. Çox təəssüf ki, Ermənistanın bizə verdiyi minalanmış sahələrin xəritələrinin 25%-i düz çıxır. Ermənilər burda da saxtakarlıq edib öz düşmən niyyətini ifadə etməkdə davam edirlər”.

Deputat bildirib ki, ermənilərin bundan sonrakı hərəkətlərində heç vaxt səmimilik ola bilməz və qərarları da onların hərəkətlərinə adekvakt şəkildə qəbul etməliyik:

"Məsələn, bir sahənin xəritəsini verirsə və orada uyğunsuzluq görürüksə, o əraziyə, həbs olunmuş və ya saxlanılmış erməniləri gətirib  gəzdirməliyik. Elə etməliyik ki, qoy özləri özlərinin basdırdıqları minalara düşüb məhv olsunlar. Düşünürəm belə bir yanaşmanı ortaya qoysaq, ermənilər saxta mina xəritələrini verməkdən çəkinərlər”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...