"Lotu Quli"nin adamı həbs edildi: Odessada 3 il əvvəlki sui-qəsd cəhdinə görə əməliyyat

Odessa polisinin keçirdiyi əməliyyat nəticəsində 2020-ci ildə Türkiyədə qətlə yetirilən azərbaycanlı "oğru” Nadir Səlifovun (Lotu Quli) yaxın adamı saxlanılıb. 

Sfera.az  xəbər verir ki, 27 yaşlı həmin şəxsin adı açıqlanmır. Saxlanılan şəxs 2018-ci ildə iş adamı Nikolay D.-yə qarşı sui-qəsd planının iştirakçısı olmaqda ittiham edilir. Lakin "Lotu Quli"nin adamı ittihamları rədd edib. 

2018-ci ilin dekbarında Ukraynanın Odessa şəhərində iş adamı Nikolay D.-yə qarşı sui-qəsd cəhdi baş verib. Latviya seriyalı "Mercedes” markalı avtomobildə olan iş adamına yaxınlaşan 4 şəxs atəş açaraq, ona məxsus 700 min qrivna (25 660 dollar) və 23 min dollar pulunu əlindən alıblar. İnsident zamanı yaralanan biznesmen xəstəxanaya aparılıb. Onun özü də saxta pul saxlamaq, istehsal etmək və satmaqda ittiham olunur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları biznesmenin evinə baxış keçirərkən 20 min dollar dəyərində olan saxta 100 dollarlar tapıblar.

Hadisədən bir il sonra dəstənin 3 üzvü saxlanılıb. Onların nəzarətində olan məkanlarında da əməliyyat keçirilib. Əməliyyat zamanı həmin məkanlardan 2 ədəd avtomat, 1 ədəd səsboğucusu olan tapança, 2 ədəd vinçestr silahı, saiqa karbini, müxtəlif çaplı patronlar, kommunikasiya avadanlıqları və İsrail, Türkiyə, Özbəkistan, ABŞ, Rusiya və Moldovaya aid 300-dən çox xarici pasport ələ keçirilib.

Bir neçə gün əvvəl saxlanılan 4-cü şəxsə gəlincə, o həmin vaxt Ukraynadan çıxıb. Bir müddət sonra soyadını dəyişərək yenidən Odessaya qayıdıb. 

O saxlanılan zaman ittihamları rədd etsə də, əl izləri ilə Nikolay D.-yə qarşı sui-qəsd cəhdində iştirak etdiyi sübuta yetirlib. 

Məlumat üçün deyək ki, mərhum Lotu Qulinin Ukraynada təsir dairəsi kifayət qədər geniş olub. 2016-cı ildən başlayaraq bu ölkənin kriminal aləmində əsas söz sahibi demək olar ki, Lotu Qulinin adamları olub. Onun qətlindən sonra da vəziyyət dəyişməyib. Bildirilir ki, hazırda da Lotu Qulinin adamları Ukraynada kifayət qədər nüfuz sahibidilər. 
 
(qaynarinfo)

OXŞAR XƏBƏRLƏR

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...