Bakıda pul nişanına hörmətsizlik edən şəxs polisə çağırıldı, üzr istədi

Kriminal
14:48 / 10.12.2021
978
"Pul nişanına hörmətsizlik edən şəxs müəyyən olunaraq, polis orqanına çağırılıb".
Bunu Sfera.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, paytaxt sakini Etibar İskəndərovla profilaktiki söhbət aparılmaqla, bu əməlin neqativ hərəkət olması onun diqqətinə çatdırılıb: "O, bu əməlindən peşiman olduğunu deyib, sosial şəbəkələrdə yayılan həmin görüntülərlə görə üzrxahlıq edib".