16 ədəd qanunsuz ov tüfəngi müsadirə edildi

16 ədəd qanunsuz ov tüfəngi müsadirə edildi
Dekabrın 9-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan ümumilikdə 16 ədəd ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən Lənkəran rayonunda Səpnəkəran kənd sakini F.Qənbərovdan, Goranboy rayonunda Hacallı kənd sakini S.Səfərovdan, Zərdab rayonunda Bıçaqçı kənd sakini H.Məmişovdan, Qəbələ rayonunda Əmirvan kənd sakini V.Yusifovdan, Yengicə kənd sakini F.Səmədovdan, Həmzəli kənd sakini A.Yusifzadədən, Ucar rayonunda rayon sakini, əvvəllər məhkum olunmuş N.Beydullayevdən, Şəmkir rayonunda Əliyaqublu kənd sakini Ş.Mustafayevdən qanunsuz saxladıqları müxtəlif markalı 9 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Goranboy, Şəki, Biləsuvar, Şəmkir və Quba rayonlarında 7 vətəndaş qanunsuz saxladıqları müxtəlif markalı 7 ədəd ov tüfəngini könüllü olaraq rayon polis şöbələrinə təhvil veriblər.
Bütün faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.


OXŞAR XƏBƏRLƏR

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...