Yunan Kiprinin Azərbaycan düşmənçiliyinə cavab olacaq? – “XİN mövqe bildirməlidir...”

14:20 / 10.12.2021
1403
Dekabrın 3-də Cənubi Kipr Respublikasının
(Yunan Kipri) Nümayəndələr Palatası tərəfindən "Azərbaycanın ermənilərə qarşı
davamlı təcavüzü və Dağlıq Qarabağdakı mövcud vəziyyət” adlı qətnamə qəbul
edilib. Xatırladaq ki, bu, yunan Kiprinin Azərbaycan əleyhinə ilk belə qərarı
deyil.
Rəsmi Lefkoşanın belə bir mövqe sərgiləməsi
Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması məsələsini yenidən aktuallaşdırıb. Maraqlıdır, Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini
tanıya bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq
Qabil Hüseynli deyib ki, Azərbaycan tərəfi məsələyə Xarici İşlər Nazirliyi səviyyəsində
cavab verməlidir:
"Ölkələr bir-birinin ərazi bütövlüyünə,
müstəqilliyinə hörmət etməlidir. Bu seçim məsələsi deyil, beynəlxalq hüququn tələbidir.
Yunan Kipri həm 44 günlük müharibə zamanı, həm də postmüharibə dövründə ermənipərəst
mövqe sərgiləyib. Görünən odur ki, bu gün də həmin mövqeyindən əl çəkmək niyyətində
deyil. Bu ölkənin Nümayəndələr Palatasının "Azərbaycanın
ermənilərə qarşı davamlı təcavüzü və Dağlıq Qarabağdakı mövcud vəziyyət” adlı qətnaməni
qəbul etməsi isə tamamilə qərəz nümayişi, açıq düşmənçilikdir.
Azərbaycan bu günə qədər heç bir ölkənin ərazisinə
təcavüz etməyib. Azərbaycanın 20 faiz ərazisi 27 il ərzində erməni işğalına məruz
qalıb. Bu reallığı görməmək üçün kor olmaq lazımdır. Digər tərəfdən, Azərbaycan
Kipr Respublikasının ərazi bütövlüyünə hörmət edərək bu günə qədər Şimali Kipr
Türk Cümhuriyyətinin müstəqilliyini tanımayıb. Rəsmi Levkoşa bu mövqeyində
israrlı olsa, Bakının da gələcəkdə məsələyə yanaşması dəyişə bilər".
Politoloq hesab edir ki, Qarabağ ətrafında baş
verən proseslər yekunlaşmamış, Ermənistan-Azərbaycan arasında yekun sülh müqaviləsi
imzalanmamış Şimali Kiprin müstəqilliyinin tanınması məsələsi gündəmə gəlməməlidir:
Turan Rzayev