Milli Məclisdən Kiprə etiraz

Milli Məclisdən Kiprə etiraz
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Kipr Respublikasının nümayəndələr palatası tərəfindən qəbul edilmiş təxribat xarakterli, həqiqətəuyğun olmayan qətnamə ilə bağlı bəyanat yayıb.

Sfera.az xəbər verir ki, bəyanatda dekabrın 3-də Kipr Respublikasının Nümayəndələr Palatası tərəfindən "Azərbaycanın ermənilərə qarşı davamlı təcavüzü və Dağlıq Qarabağdakı mövcud vəziyyət” adlı təxribat xarakterli, əsassız və həqiqətəuyğun olmayan qətnamənin qəbul edilməsi ilə əlaqədar kəskin etiraz ifadə olunur.

Bəyanatda deyilir: "Kiprli deputatların nəzərinə çatdırmaq istərdik ki, regionda sabitliyi pozmağa yönəlmiş bu cür təxribatlar 30 il ərzində Azərbaycan ərazisinin 20 faizini qeyri-qanuni olaraq işğal altında saxlayan, bütün Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoyan, Xocalı soyqırımını törədən və bölgəni yenidən xaos və müharibə vəziyyətinə qaytarmağa çalışan qüvvələrə xidmət edir.

Müharibəyə son qoyaraq regionda dinc yaşayışın yeni mərhələsinə şərait yaradan, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən üçtərəfli Bəyanatın imzalanmasından artıq bir il ötür. Hazırda Qarabağın dirçəldilməsi, məcburi köçkünlərin öz evlərinə qaytarılması, regionda yeni infrastrukturun qurulması ilə yanaşı, xalqlar arasında etimad tədbirlərinin də gücləndirilməsi üçün böyük səylər göstərilir.

Bu gün Azərbaycan bütün səviyyələrdə hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu açıq şəkildə bəyan etdiyi və heç bir şərt olmadan delimitasiya və demarkasiya prosesinə başlamağa hazır olduğu halda buna qarşı çıxan da məhz bu qüvvələrdir.

Təəssüflər olsun ki, Kipr Nümayəndələr Palatasının deputatları bu lüzumsuz qətnaməyə səs verərək, özlərini və parlamentlərini dəyərdən salmış, qisas və müharibəyə can atanlarla eyni səviyyəyə qoymuşlar. Onların regionda sülhün bərqərar olması səylərini dəstəkləmək əvəzinə, sadə insanların dərdindən, iztirabından öz çirkin siyasi oyunlarında istifadə etməyə çalışanların ardınca getmələri təəssüf hissi doğurur.

Sülh və əmin-amanlığa məhəl qoymayaraq, bu cür qərəzli, əsassız qətnamənin qəbul edilməsi regiondakı yeni reallığı dəyişdirmir, əksinə, bu cür qətnamələri qəbul edənlərin özlərinə xələl gətirərək, obyektivliklərinə ciddi şübhə yaradır”.
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...