İsrail səfiri Azərbaycana başsağlığı verdi

Siyasət
21:00 / 09.12.2021
1751
İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan xalqına başsağlığı verib.
Sfera.az xəbər verir ki, səfir bu barədə Tvitter hesabında paylaşım edib.
"Azərbaycan xalqına və xüsusən bu gün minaya düşərək həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk”, - səfir bildirib.
Qeyd edək ki, bu gün Şuşanın Daşaltı kəndində mina partlayışı nəticəsində iki mülki şəxs həlak olub.