"Bakıda XI Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək" - Zaxarova

Siyasət
19:45 / 09.12.2021
1414
XI Rusiya-Azərbaycan regionlararası forumu 2022-ci ildə Bakıda keçiriləcək.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
"Rusiyanın 73 subyekti Azərbaycanla ticari-iqtisadi əməkdaşlığı dəstəkləyir ki, onlardan 18-i Azərbaycanla ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq barədə sazişlərə malikdir", deyə M.Zaxarova qeyd edib.
O, Rusiyanın Azərbaycanla regionlararası əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb.